- Baxış sayı: 59
- 12 Noyabr 2026 19:03
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Fövqəladə hallar nazirliyinin idman-sağlamlıq klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, ilin son yarışı günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb.
600-ə yaxın idmançının qatıldığı ölkə çempionatına paytaxtla yanaşı bölgələrdən ümumilikdə 50-ə yaxın komanda qatılıb.
Yarışın qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov təqdim ediblər.