“Bakı” və “Neftçala” rəsmən tarixin yaddaşına köçdü

1-ci divizionunda iştirak edəcək klubların adlarına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, yeni mövsümündə aşağı liqada 14 komanda mübarizə aparacaq.

Bunlar “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik” və “Səbayıl” komandalarıdır. 1-si dəstədə son 2 mövsümün çempionu “Neftçala”, həmçinin Premyer Liqanın 2 dəfə qızıl medalçısı “Bakı” yeni rəqabətdə iştirak etməyəcəklər. Yeni yaranmış “Səbayıl” isə bu mübarizədə debüt edəcək.

Artıq sabah 2016-17 mövsümünün püşkatması təşkil olunacaq. Saat 13:00-da AFFA-nın inzibati binasında bütün iştirakçı klublar təmsil olunacaq.

Həmin kateqoriyadan