“Şamaxı”nın məşqçilər heyətində 3 dəyişiklik

I liqa təmsilçisi “Şamaxı”nın məşqçilər korpusunda dəyişiklər olub.

Allsport.az xəbər verir ki, komandanı tərk edən baş məşqçi Vüqar Əsgərlinin köməkçiləri ilə də yollar ayrılıb.

Məşqçilər Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov komandadan ayrılmaq istədiklərini bildiriblər. Hər üç məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Yeni baş məşqçi Ramiz Məmmədovun köməkçilərinin adları məlum olub. Məqsəd Yaqubəliyev köməkçi-məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov da qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

Həmin kateqoriyadan