İcraiyyə komitəsində nələr müzakirə olunacaq?

İyunun 16-da “Dalğa arena”da AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, saat 11:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. 2023-2024-cü illər mövsümündə birinci divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi
2. İkinci divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi

3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər
4. Premyer liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi

5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi
6. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinat
7. Digər məsələlər

Həmin kateqoriyadan