Hakimlər üçün seminar

AFFA-nın təşkilatçılığı ilə yeni mövsümə hazırlıq məqsədilə premyer liqa, I və II liqa hakimləri və hakim-inspektorları üçün yay seminarı keçirilir. 

Allsport.az saytı xəbər verir ki, məşğələdə Danimarkadan olan UEFA təlimçisi Jorn Vest Larsen, təhsil üzrə məsləhətçi Burçin Keskin, köməkçi hakimlərlə çalışan Tarıx Ongün, Bəhəddin Duran iştirak edirlər.

Bundan əlavə, Fırat Aydınus və idman psixoloqu Turgay Biçər də müxtəlif mövzularda təlimlər keçirlər. AFFA hakimlər komitəsinin sədri Barış Şimşəkin rəhbərliyi ilə seminar iyulun 30-dək davam edəcək.

Həmin kateqoriyadan