“Difai”nin prezidenti: “Hədəfimiz yaxın gələcəkdə elitaya yüksəltməkdir”

Bu gün “Difai” klubunun təqdimetmə mərasimi keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə komandanın prezidenti Asəf Məlikov bunu dedi: 2009-cu ildə “Fencing” idman klubunu təsis etmişik. Əsas məqsədimiz gənclərimizin idman ətrafında birləşməsi idi. 2012-ci ildə milli paralimpiya Kkomitəsinin dəstəyi ilə klubumuzun nəzdində əlil arabasında qılıncoynatma idmanı tədris olunmağa başlanıb. İlk tələbələrimizdən biri Qarabağ müharibəsi qazisi Qalib Əliyev olub.

2017-ci ildə Azərbaycan əlil arabasında qılıncoynatma federasiyası yaradıldı. Sonra da “Difai”ni yaratmaq qərarına gəldik. 2018-ci ildə hüquqi şəxs statusu olmayan “Difai” idman klubu Bakı şəhəri gənclər və idman baş idarəsində qeydiyyatdan keçib.

Öncə klubun nəzdində qılıncoynatma və əlil arabasında qılıncoynatma idmanları tədris olunurdu. Klub federasiyanın üzvüdür və bütün tədbirlərdə daim iştirak edir. 2-ci Vətən müharibəsindən sonra federasiya olaraq paytaxt və bölgələrdə 500-ə yaxın qazi evi ziyarət etdik, onların idmana, paralimpiya hərəkatına cəlb olunması üçün işlər görüldü.

Müharibəsi iştirakçılarının da idmana cəlb olunması, onların bir komanda şəklində mübarizə aparmasını təşkil etmək məqsədi ilə 2022-ci ildə klubun nəzdində futbol komandası yaratmaq qərarına gəldik. Bu mövsüm 1-ci liqada çıxış edəcəyik. Hədəfimiz yaxın gələcəkdə elitaya yüksəltməkdir. “Difai”nin bayrağı türkçülüyü, vətənpərvərliyi və şəhidlərimizi özündə əks etdirir”.

Həmin kateqoriyadan