AFFA-nın oyunçuların statusu və transferi komitəsi “İrəvan”la bağlı hansı qərarı verdi?

AFFA-nın oyunçularının statusu və transferi komitəsi 1-ci liqa klubu barədə qərarını açıqlayıb. Allsport.az az saytı sizi həmin qərarla tanış edir:

“İrəvan” futbol klubu tərəfindən Asim Əlizadəyə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilsin, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək ödənilsin.

Debütant tərəfindən Aleksandr Jidkova ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği birdəfəlik qaydada ödənilsin. 

“İrəvan” futbol klubu ilə Cavid Tağıyev arasında mövcud olan müqaviləyə xitam verilsin.

Həmin kateqoriyadan