“Danışmağa söz yoxdur”

29 martda “Qəbələ” premyer liqanın 28-ci turunda evdə “Neftçi”yə 0:1 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze məğlubiyyətə aydınlıq gətirdi:

“Danışmağa söz yoxdur. Hər şeyi öz gözünüzlə gördünüz: üstün oyun nümayiş etdirdik. Çoxlu yüz faizlik qol məqamlarımız oldu. Amma sən vura bilməsən, sənə vuracaqlar. Yaxşı oyuna görə xal vermirlər.

İlk hissədə təkbətək anında, oyundan kənar vəziyyət yox idi. Sadəcə, yan hakim bayrağı qaldırdı və bizim futbolçu dayandı. Vursaydı, qol idi. VAR-a baxılsaydı, təsdiqləyərdi.

Qarşıda “Zirə” ilə ölkə kubokunda yarımfinal oyunu var. “Qəbələ” bir neçə dəfə baş mükafata yiyələnib. Rəqib də güclüdür. Yaxşı mübarizə olacaq”.

Həmin kateqoriyadan