- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan 1-ci divizionun cari mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Naxçıvan stadionunda çempionatının sonuncu – 30-cu turun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) oyunundan sonra meydan sahiblərinə medallar təqdim edilib.
Mükafatlandırmada Azərbaycan prezidentinin muxtar respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan futbol federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak ediblər.