Cəzalanmış legionerimiz doğma şəhərində məşq edir

«Hazırda doğma şəhərim Rusedə məşq edirəm. Azərbaycan yığma komandasına gələn ilin yanvarından qoşulacağam». Bunu allsport.az saytına açıqlamasında, ağırlıqqaldırma millimizin bolqar əsilli legioneri Silviya Angelova (48 kq) deyib.

Avropa çempionatının bürünc mükafatçısı məlum dopinq qalmaqalından sonra, cəzalanmış 18 idmançımızdan biridir. Hazırda nişanlı olan təcrübəli atlet gələcəyə nikbin baxır və mililmizdə uğurların davamını gətirəcəyini qeyd edib.

Həmin kateqoriyadan