Cüdoçularımız qitə kubokundan 3 qızıl, 1 gümüş və 4 bürünc medalla dönüb

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələrin Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, bu sınaqda cüdoçularımız 8 medal qazanıblar.

Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gəliblər.  Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) 2-ci yerlə kifayətlənib. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) bürünc medal qazanıb.

28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

Həmin kateqoriyadan