Rüstəm Orucov və Orxan Səfərov İngiltərədə masterklaslar keçəcək

Rüstəm Orucov və Orxan Səfərov aprelin 9-u masterklas üçün İngiltərəyə yola düşəcəklər.

Allsport.az xəbər verir ki, “Judospace” təşkilatının dəstəyi ilə baş tutacaq səfər çərçivəsində onlar cüdo klubları və cüdo akademiyasında rəsmilərlə görüşəcək, sessiyalarda iştirak edəcəklər.

Olimpiya mükafatçısı Rüstəm Orucov və bir çox beynəlxalq turnirlərin qalibi, həmçinin mükafatçısı Orxan Səfərov aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzdə və “Camberley” cüdo klubunda masterklas keçəcək.

Onlar uşaqlar və böyüklər üçün ustad dərsi təşkil etməyə və təcrübələrini bölüşməyə hazırlaşırlar, eyni zamanda, yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasında da iştirak edəcəklər.

Qeyd edək ki, onlar həm də Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq öyrəndikləri təcrübələri öz klublarında tətbiq etməyə çalışacaqlar.

Həmin kateqoriyadan