Yığmamızın Avropa çempionatı üçün heyəti

Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.

Allsport.az xəbər verir ki, yarışda yığmamız 9 çəki dərəcəsində 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu çempionatda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Açelya Toprak (57 kq), Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq) və Zelim Kotsoyevə (100 kq) şans verəcək.

Yarış aprelin 25-27-də keçiriləcək.

Kişilərdən və qadınlardan ibarət milli Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çex Respublikası, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Yarışda cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Həmin kateqoriyadan