Çex Respublikası toplanışı başa çatıb

Yeniyetmə cudoçu qızların Çex Respublikasında beynəlxalq təlim-məşq toplanışı başa çatıb.

Allsport.az xəbər verir ki, aprelin 8-10-da keçirilən hazırlıqda Azərbaycan millisinin 12-üzvü iştirak edib.

Cudoçularımız Teplitse şəhərində təşkil olunan Avropa kubokundan sonra təlim-məşq toplanışına qatılıblar. Toplanış mayın 4-5-də Göygöldə keçiriləcək növbəti turnir, eləcə də iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.

Qeyd edək ki, Göygöldə baş tutacaq Avropa kubokunda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 6-8 mayda növbəti beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.

Həmin kateqoriyadan