- Baxış sayı: 51
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kubokunun ilk günü keçirilir.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə oğlanlar arasında 2 çəki dərəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
60 kq çəkidə Nizami İmranov, Nurlan Kərimli və Babarəhim Mirzəyev, 66 kq çəkidə Zahir Ağazadə, Məhəmməd Musayev və Eltac Yusifli tatamiyə çıxacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.