600 cüdoçu Goranboyda

Gəncə-Daşkəsən regional gənclər və idman idarəsi, eyni zamanda cüdo federasiyasının birgə təşkilatçılığı ilə Goranboyda cüdo üzrə beynəlxalq turnir keçirilib.

Allsport.az xəbər verir ki, Goranboy olimpiya idman kompleksində reallaşan yarışda Azərbaycanla yanaşı Almaniya, Sloveniya və Qazaxıstanı təmsil edən idmançılar tatami üzərinə çıxıblar. 600-ə yaxın yeniyetmə cüdoçunun mübarizə apardığı turnir 2 yaş qrupu üzrə baş tutub.

2 gün davam edən yarışın sonunda ilk 3 pillədə qərarlaşan cüdoçular təşkilat komitəsi tərəfindən diplom və medalla təltif ediliblər.

Həmin kateqoriyadan