Cüdoçularımız Avropa kubokunda

Allsport.az xəbər verir ki, İtaliyanın Liqnano şəhərində 20-21 mayda gənclər arasında Avropa kuboku keçiriləcək.

Turnirdə 29 ölkədən 496 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

‌İdmançılarımız 22-24 apreldə Liqnanoda beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

-60 kq.
Nizami İmranov
Nurlan Kərimli
Babarəhim Mirzəyev

66 kq
Zahir Ağazadə
Məhəmməd Musayev
Eltac Yusifli

81 kq
Süleyman Şükürov
Mamed Əzizbekov
Məmmədrza Hacızadə
Qadir Hüseynov

90 kq
İsmayıl Zamanov

100 kq
Əjdər Bağırov
Nihad Şıxəlizadə

+100 kq
Ramazan Əhmədov

Həmin kateqoriyadan