- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.
Yarışın ilk günündə 3 çəkidə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyib.