Cüdo üzrə Bakı kəndləri birinciliyi

Aprelin 13-14-də cüdo üzrə U-13 kiçikyaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılacaq.

Yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Həmin kateqoriyadan