İlk gündə 7 medal

Dünən Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turniri start götürüb.

Allsport.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəkidə finalda iki təmsilçimiz üz-üzə gəlib. Bahadır Feyzullayev – Məmmədəli Hüsiyev görüşündə qalib Bahadır olub.

Azərbaycan cüdoçuları 60 kq çəkidə hər 3 medala sahib çıxıblar. Nihad Rəhimov və Özqan Quliyevin final qarşılaşmasında Nihad fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Fərid Qarayev isə bürüncə sahib olub.

66 kq çəkidə Kənan Sadıqov qızıl, Ümüd Qurbanov isə bürünc medal əldə edib.

Həmin kateqoriyadan