Dorinel Muntyanu: “Təəssüflənirəm ki, qələbə qazana bilmədik”

“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 3:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Biz oyuna yaxşı hazırlaşmışdıq. Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik”.

Həmin kateqoriyadan