Samir Abbasov “Barselona”da


“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov İspaniyada təcrübədədir. 

Allsport.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abbasov əvvəlcə burada “Real Madrid” və “Barselona” komandaları arasındakı “El-Klasiko”nu izləyib. 

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona” klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb. 

Təcrübə proqramının sonunda onun “Barselona”nın baş məşqçisi Xavi ilə də görüşü nəzərdə tutulub.

Həmin kateqoriyadan