“Çalışırıq ki, bu məqam oyun planımıza təsir etməsin“

Premyer liqanın 31-ci turunda “Araz-Naxçıvan” evdə “Səbail”ə 0:2 uduzub. Allsport.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Elmar Baxşıyev oyun haqda danışıb:

“Oyun bərabər səviyyədə keçdi. Sadəcə çoxsaylı hücumlar yaratsaq da, son nöqtəni qoymaqda çətinlik çəkdik. Oyun planında komandaya iradım yoxdur. Amma bəzi elementlər var ki, onları da məşq prosesində duzəltməliyik. Motivasiyanı yaxşılaşdırıb sona qədər mübarizə aparmalıyıq.
Bugünkü məğlubiyyətimizin səbəbi psixoloji amillə bağlı deyil.

Çalışırıq ki, bu məqam oyun planımıza təsir etməsin. Uşaqlar meydanda çalışırlar, mübarizə aparırlar, sadəcə, ani diqqətsizlikdən sonra rəqib iki standart vəziyyətdən istifadə edib, qollar vurdu. Bu da futbolun qaçılmaz hissəsidir. Gərək daha çox çalışasan ki, buna yol verməyəsən”.

Həmin kateqoriyadan