UEFA inspektoru Tovuzda

UEFA-nın stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionuna səfər ediblər.

Allsport.az xəbər verir ki, serbiyalı mütəxəssis arenanın vəziyyətini ilə tanış olub.

Nebojsa İvkoviç baxışdan sonra stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Qeyd edək ki, klub rəhbərliyi süni örtüyü təbii ot örtüyünü dəyişməyi planlaşdırır.

Həmin kateqoriyadan