“Hakimlər oyunu ideal idarə etdi”

Premyer liqanın 31-ci turunda “Səbail” səfərdə “Araz-Naxçıvan”a 2:0 qalib gəlib. Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Belə oyundan sonra danışmaq çox çətindir. İki fərqli hissə izlədik. İlk yarıda bəsit qollar buraxdıq. İkinci hissədə komanda həm xarakter göstərdi, həm də oyunla “Kəpəz”i sıxmağa başladı.4 dəqiqə əlavə olunan matçda son dəqiqədə qol buraxmaq çox ağırdır. Hakimlər oyunu ideal idarə etdi. Sadəcə vaxt çox artırdı. Qırmızı vərəqəyə baxılmasını çox istəyərdim. Sonda buraxdığımız qol hər şeyin üstündən xətt çəkdi. Futbolun iki üzü var. Kim deyirsə ki, “Səbail”ə hakimlərin simpatiyası var, yanlışdır. Kiminsə musiqisinə oynamağa çalışmayın. Növbəti oyuna hazırlaşmaq lazımdır. Futbolçularıma təşəkkür edirəm. İkinci hissədən tam razı qaldım”.

Həmin kateqoriyadan