- Baxış sayı: 30
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0
Premyer liqanın 31-ci turunda “Neftçi” səfərdə “Zirə”yə 1:3 uduzub. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Miodraq Bojoviç oyun haqda danışıb:
“İlk hissədə yaxşı oynayırdıq. Rəqib azlıqda qalana qədər oyuna nəzarət edən tərəf biz idik. Rəqib qırmızı vərəqə gördükdən sonra oyunçularım düşündülər ki, daha asan qələbə qazanacaqlar. “Zirə” azlıqda qalandan sonra toparlandı. İki standart vəziyyətdən qapımıza qol vurdular. Bu, gözlənilməz oldu. Öz səhvlərimizlə rəqibə 2 qol hədiyyə etdik”.