Hansı klub, nə qədər cərimələndi?

AFFA-nın intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, verilən qərarlarla sizi tanış edir:

“Zirə” ilə ev oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “kimyaçılar” 800 manat ödəyəcək.

“Qəbələ” – “Turan Tovuz” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri, 5 oyunçusu xəbərdarlıqla cəzalanan qonaqlar hərəyə 700 manat cərimələniblər. Hakimləri təhqir edən “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

“Kəpəz”lə ev matçında “Səbail”in hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan futbolçusu Adi Mehremiç 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimələnib. Ona sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”la ev görüşündə 5 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat ziyana düşüb. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “bayquşlar” 800 manat cərimə ödəyəcək.

Həmin kateqoriyadan