- Baxış sayı: 18
- 22 İyun 2026 08:31
- Baxış sayı: 37
- İyun 22, 2026
- 0
Premyer liqanın 31-ci turunda “Qarabağ” evdə “Qələbə” ilə 2:2 heç-heçə edib. Allsport.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb:
“Sönük oyun keçdi. Daha dinamik futbol olmasını istərdim. Epizodlarla bunun şahidi olurduq. Ola bilər ki, hava şəraiti və bəzi qərarlar oyunun tempini aşağı salırdı.
Düşünürəm ki, komandam üçün faydalı matç oldu. Mövqe səhvləri etdik. Bunları düzəltmək üçün əlimizdə yaxşı fürsət oldu. Həm rəqibə, həm özümüzə uğurlar arzulayıram”.