“Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq”

Premyer liqanın 31-ci turunda “Qəbələ” səfərdə “Qarabağ”la 2:2 heç -heçə edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyun haqda danışıb:

“Müsbət məqamla başlayım ki, oyunu uduzmadıq. Matçın daha bir müsbət tərəfi isə hesabda geri olduğumuz görüşdə məğlub olmadıq. Amma təəssüf ki, çox sayda sadə səhvlər oldu. “Qarabağ”la oynayanda gərginliyin olması başadüşüləndir.

Çünki belə bir səviyyəli kluba qarşı oynayırdıq. Buna görə çox adi top itkilərinə yol verirdik. Əgər bir az da diqqətli oynaya bilsəydik, oyunumuz da daha yaxşı olardı. Futbolçulara görülən işə görə təşəkkür edirəm.

İndi qarşıda ilin ən vacib oyunu olacaq. Hər şeyi kənara qoyub ayın 24-də keçiriləcək həmin matça hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan