“Oyunu 2 hissəyə bölmək lazımdır”

Bu gün “Sabah” premyer liqanın 31-ci turunda Tovuzda “Kəpəz”ə 2:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Krunoslav Renduliç bunu söylədi:

“Oyunu 2 hissəyə bölmək lazımdır. İlk yarıda yaxşı oynadıq, 2 qol vurduq.

Fasilədə futbolçulara dedim ki, bu matçı rahat qazanmaq üçün 1 dəfə də fərqlənməliyik. Amma fərqli mənzərə yaşadıq. Sanki hakim son final fitinə hazırlaşırdı.

Mərkəzdə çoxlu boşluqlar verdik. Bunun üzərində işləməliyik”.

Həmin kateqoriyadan