“Hər an ayıq-sayıq olmalıyıq”

21 apreldə “Kəpəz” Tovuz”da “Sabah”a 1:2 məğlub oldu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında şərti meydan sahiblərinin baş məşqçisi Adil Şükürov bunu açıqladı:

“Stadionda bizə dəstək verən azarkeşlərə təşəkkürü bildirirəm. Hər an ayıq-sayıq olmalıyıq, boşalmamalıyıq. Meydana çıxıb öz oyunumuzu oynamalıyıq.

İlk yarıda xeyli fürsəti əldən verdik. İnanıram ki, gələcək matçlarda növbəti xalları qazanmalıyıq

“Kəpəz” köklü klubdur. Dəqiq hədəf olmalıdır. Allah qoysa, himayədar olandan sonra, addım-addım buna doğru irəliləməliyik”.

Həmin kateqoriyadan