Faiq Ağayevli qadın millimizin uğursuzluğu davam edir: hələ bir görüşdə belə, qalib gəlməmişik

Budapeştdə cüdoçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, kişilərdən fərqli, böyük məşqçi Faiq Ağayevin rəhbərlik etdiyi qadın millimizin uğursuzluğu davam edir.

3-cü yarış günündə tatami üzərinə çıxan Səkinə Zairova və Munktsedev İçinkolo (hər iksi – 57 kq) müvafiq olaraq, Viktoriya Mayorosovaya (Slovakiya) və Joan Ekusoana (İspaniya) uduzublar.

Təəssüfverici məqam odur ki, qızlarımız indiyə kimi hələ bir görüşdə qalib gələ bilməyiblər. Sabah rəqabətə Gülsədəf Kərimova (63 kq), növbəti gün legionçumuz İrina Kindzerska (+78 kq) qoşilacaqlar.

Həmin kateqoriyadan