Gənc taekvondoçuların ölkə birinciliyində ilk günün qalibləri

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 1999-2001-ci il təvəllüdü taekvondoçular arasında respublika birinciliyi keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin ilk gününün qalibləri məlum olub.

Oğlanların yarışında Murad Muradov (45 kq), Nicat Musayev (63 kq), Fərhan Məmmədli (78 kq), qızların mübarizəsində isə Mehriban Məmmədova (42 kq), Diana Hacıəliyeva (49 kq), Məleykə Quliyeva (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib idmançılar ATF tərəfindən diplom və medallarla mükafatlandırılıb.

Üç gün davan edəcək respublika birinciliyində paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar. Birincilikdə on çəki dərəcəsində oğlanlar və qızlar yarışırlar.

Turnir taekvondonun ölkəmizdə təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.

Həmin kateqoriyadan