FOTO
“İnter” məşqləri bərpa etdi

Türkiyədə təlim-məşq toplanışında olan “İnter”də dünən komanda üzvlərinə istirahət verilmişdi. Allsport.az xəbər verir ki, “bankirlər” bu gün məşqləri bərpa ediblər.

Xatırladaq ki, yanvarın 8-də komanda toplanış çərçivəsində ilk matçını Türkiyə təmsilçisi “İnegölspor”a qarşı keçirib. Oyun 4:1 hesabıyla “İnter”in xeyrinə başa çatıb.

Əlavə edək ki, “İnter” növbəti yoxlama matçına yanvarın 13-də çıxacaq. Komandanın rəqibi Almaniya təmsilçisi “Enerji Kottbus” olacaq.

Həmin kateqoriyadan