Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib. Allsport.az saytı xəbər verir ki, o bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

DTF, rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər 2 vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Həmin kateqoriyadan