Marius Vizer: Bu mərkəz məndə çox yaxşı təəssürat oyatdı

Cüdo federasiyasının Sumqayıt təlim-məşq bazasının açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə İJF rəhbəri Marius Vizer çıxış edib. O, hazırda Bakıda davam edən dünya çempionatını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təbrik və təşəkkürünü deyib:
“Cüdo olimpiya idman növü olmaqdan başqa insanda xarakter, cəmiyyətə inteqrasiya tərənnüm edir. Yarışda çempion olmaq önəmlidir. Amma daha önəmlisi həyatda çempion olmaqdır. Bunun üçün cüdoda lazımi elementlər var.
Bu mərkəz məndə çox yaxşı təəssürat oyatdı. Belə zal bəxş etdikərinə görə cüdo federasiyası və şəhər rəhbərliyinə təşəkkür edirəm. Cüdo ailəsi olaraq, sizin naliyyətlərinizlə qürur duyuram. Hamınıza idman karyeranızda və həyatda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan