- Baxış sayı: 31
- 25 Aprel 2024 13:45
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
Azərbaycan millisinin qapıçısı Aqil Məmmədov karyerasını Türkiyədə davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin keçmiş qolkiperi PTT 1-ci liqa təmsilçisi “Boluspor”la danışıq aparır.
Ötən mövsüm bu komandada digər futbolçumuz Vaqif Cavadov çıxış edirdi. Bir müddət öncə isə “Qarabağ”ın sabiq hücumçusu Raydell Pupon bu klubla müqavilə imzalayıb.