Nicat Şıxəlizadə yüngül məşqlərlə kifayətlənir

Cüdo millimizin aparıcı üzvlərindən olan Nicat Şıxəlizadə (66 kq) «Neftçi baza»da keçirilən əsas məşqlərə qatılmayır. Səbəb, idmançının cərrahiyyə olunmasıdır. Allsport.az saytına İstanbulun məşhur «Acıbadəm» klinikasında dizindən əməliyyat olunduğunu deyən titullu kimono ustası, indi fərdi qaydada yüngül məşqlərlə kifayətləndiyini söyləyib.

Hazırda Nicatın hesabında 1120 xal var. O, dünya sıralamasında 11-cidir. Bu vəziyyət ona Rio Olimpiadasında iştirak hüququ verir. Təcrübəli idmançı öz çəkisində əsas komanda yoldaşı Tərlan Kərimovu xeyli qabaqlayır. Avropa çempionatının gümüş mükafatçısı 441 xalla reytinqdə 34-cü pillədədir.

Həmin kateqoriyadan