Baş məşqçi paytaxt derbisini izləyəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində daha bir oyunu canlı izləyəcək.

Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis dekabrın 18-də “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” oyununa tribunadan baxacaq.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da start götürəcək.

Həmin kateqoriyadan