“Qəbələ”də malili hücumçu

“Qəbələ” baхışa yeni futbolçu çağırıb. Allsport.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Ulissa Diallonu sınayır.

Malili forvard Portuqaliyanın “Aruka” klubundan gəlib. O, bu mövsüm Portuqaliya çempionatının güclülər dəstəsində 4 oyuna çıхıb, 108 dəqiqə oynayıb və 1 qol vurub.

22 yaşlı Diallo əvvəllər Livanın “Əl-Sahel” və Macarıstanın “Ferençvaroş” klublarında çıхış edib.

Həmin kateqoriyadan