“Qarabağ” və “Göteborq” görüşü rusiyalı hakimlərə tapşırılıb

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və “Göteborq” klubları arasında baş tutacaq cavab matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, qarşılaşmanı rusiyalı referilər briqadası idarə edəcəklər.

Baş hakim Vladislav Bezborodov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcəklər. 4-cü ədalət təmsilçisi Kirill Levnikovdur.

Xatırladaq ki, “Qarabağ” – “Göteborq” matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.

Həmin kateqoriyadan