“İstədiyimizin əksi oldu”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sına məğlubiyyəti (2:4) şərh edib.

Allsport.az xəbər verir ki, o, oyunçularını tərifləyib:

“Komanda sona qədər qalib gəlməyə çalışdı, lakin nəticə həmişə istədiyimizin əksi oldu. “Dortmund” bizə yaxşı reaksiya verdi və hesabı 2-2 etdi və daha güclü olduqları üçün qalib gəldi.

Oyunun əvvəlində onların bir imkanı var idi və bundan istifadə etdilər. Qol vurmaq imkanımızdan istifadə edə bilmədik. Biz hər şeyimizi verdik. Daha deyəcək bir şey yoxdur”.

Həmin kateqoriyadan