“Bizim üçün çılğın oyun idi”

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda “Atletiko” üzərində qələbədən (4:2) sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, oyunun marağının yüksək olduğunu bildirib:

“Bu, azarkeşlər və bizim üçün çılğın oyun idi. Bizim, azarkeşlərimiz və bütün dünyada futbol tərəfdaşları üçün əla oyun oldu. Bu mükafata görə çox şadam.

İndi bizi PSJ ilə çox ciddi matç gözləyir. Qrup mərhələsində onlara qarşı evdə yaxşı oynadıq, səfərdə isə o qədər də yaxşı oynamadıq. Biz indi daha çox nail olmaq və təbii ki, finala çıxmaq istəyirik”.

Həmin kateqoriyadan