Rüstəm Orucov Əbu-Dabi “Böyük dəbilqə”sində 3-cü oldu və hesabına 500 reytinq xalı əlavə etdi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə”si davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz 2-ci yarış günündə də medal qazanıb.

73 kq-da Rüstəm Orucov bürünc medal uğrunda görüşdə fürsəti qaçırmayıb. Dünən bizdən Nicat Şıxəlizadə (66 kq) 2-ci yerlə kifayətlənmişdi.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan