Sabah Avstraliyada yeni qran-pri mövsümünün təqdimatı olacaq

Sabah Avstraliyada dünya çempionatları çərçivəsində yeni qran-pri mövsümünün təqdimatı olacaq. Allsport.az saytı xəbər verir ki, “Liberty Media” və Formula1 tərəfindən təşkil olunacaq mərasim ilk dəfə Melburnda baş tutacaq.

Şəhərin Federasiya meydanında 20 sürücü, əvvəlki illərdəki on komandanın liderləri və əfsanəvi pilotların iştirakı ilə teatr nümayişi keçiriləcək. Yerli və beynəlxalq musiqi və əyləncə qrupları çıxış edəcək.

Təqdimat Bakı vaxtı ilə saat 08:30-da başlayacaq və saat 13:00-da başa çatacaq. Avstraliyada keçiriləcək yarış martın 17-də başlayacaq. Azərbaycan növbədə 4-cüdür. Ötüşmələr aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

Həmin kateqoriyadan