Sabah “Zirvə”çilər mövsümün ilk klub daxili yarışına çıxacaq

Sabah 9-cu Zirvə kuboku və bu klubun 2-ci dünya çempionatının 1-ci seçmə mərhələsi start götürəcək. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçiriləcək yarışlar bir çox məqsədlər daşıyır. Bunlardan klubumun üzvlərinin cari güclərinə baxış, final mərhələsinə güclü idmançıların seçılməsi, aparılan işlərin ardıcıllıq və axıcılığını müəyyən edilməsi, klubumuzun ağır atletika idman növündə şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyələrinin artırılmasını xüsusilə qeyd etmək olar.

Polşa, Bolqarıstan, Ukrayna, Moldova, Türkiyə və başqa ölkələrdəki filiallarımızda daxili mərhələ turnirlərinin fevral-mart aylarının ortalarında baş tutması gözlənilir. Hər bir mərhələnin keçirilmə vaxtı və nəticələr haqda müvafiq məlumatlar veriləcək.

Azərbaycandakı klublarımızın mərhələ yarış vaxtları isə artıq məlumdur. 1-ci seçmə mərhələ 16-23 fevralda 4 zona üzrə keçiriləcək. Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunub. Mərhələdə Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirve İnternational Sport Clubs”-ın bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarış şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.

Yarışların təqvimi aşağıdakı kimidir:

16 fevral – Neftçala
17-18 fevral – Lənkəran
20 fevral – Samux
23 fevral – Abşeron

Həmin kateqoriyadan