Sevil Bünyatova 67-ci olub

Afinada sablyaçıların dünya kuboku mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qadınlarda Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. O, Sevil pley-ofda yerli İlianna Elefzeria Triantafillini 15:8 məğlub etsə də, növbəti mərhələdə qazaxıstanlı Tatyana Prixodkaya 11:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə pley-offa Çin idmançısı Henqyu Yanqa 1:15 hesabı ilə məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Səbinə Kərimova pley-offda Türkiyə təmsilçisi Aylin Çakırı 15:6 yenib. O, növbəti görüşdə yaponiyalı Norika Tamura 9:15 yenilib.

Sablyaçılarımızdan Sevil Bünyatova ümumilikdə 200 sablyaçının qatıldığı turnirdə 67, Səbinə Kərimova 73, Sevinc Bünyatova isə yekun sıralamada 106-cı sırada qərarlaşıb. Bu üçlük komanda yarışında Belarus qılıncoynadanlarına 43:45 hesabı ilə uduzub.

Həmin kateqoriyadan