“Əsas gücü komanda yarışına yönəldəcəyik”

Krakov-2023 Avropa oyunlarında qadın sablyaçıların çıxışı öncəsi millinin aparıcı üzvü Anna Başta açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, o, əsas hədəfin komanda yarışına yönəldiyini dedi:

“Avropa çempionatında iştirak edən heyət Polşaya yollanıb. Birisigün şəxsi yarışlar başlayır. Bu mərhələ olimpiya oyunlarına vəsiqə vermir. O üzdən əsas gücü komanda yarışına yönəldəcəyik. Çox istəyirik ki, Paris-2024-ə lisenziya qazanaq. Uzun müddətdir biz 4 qız bir yerdə hazırlaşırıq. Olimpiya oyunlarına haqq edirik”.

Şəxsi yarışlar iyunun 27-də, komanda yarışı ayın 30-da başlayacaq.

Kamran HACI

Həmin kateqoriyadan