İki şpaqaçımız pley-ofda

Bu gün Krakov-2023-də kişi şpaqaçıların şəxsi yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü 64-lüyə vəsiqə qazanıb. O bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq.

Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün tablo 128-də eston Ruslan Eskovla qarşılaşacaq.

Həmin kateqoriyadan