İki sablyaçımız pley-ofda dayandı

Bu gün Krakov 3-cü Avropa oyunlarında qılıncoynatma idman növündə mübarizəyə start verildi. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sablyaçı kişilər arasında şəxsi növdə qaliblər müəyyənləşdi.

Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəldi. Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni qrup mərhələsində dayandırıb.

Adı ilk çəkilən idmançı ən güclü 32-liyə yüksəlmək uğrunda görüşdə İspaniya təmsilçisi İnaki Bravoya 9:15 hesabı ilə uduzub. Saleh Məmmədov pley-ofda yerçi Piotr Szczepanikə 5:15 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan